09 oktyabr 2017 17:33
746

Tovuzun üzüm bağlarından 6281 ton məhsul toplanılıb

Tovuz rayonunda 700 hektar üzüm bağı var ki, bunun da 548 hektarı bar verir. Sahibkarlar bu bağlarda bol məhsul yetişdiriblər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bağlarda üzüm yığımı davam edir. Hələlik sahələrdən 6821 ton məhsul toplanılıb. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 81 ton çoxdur. Hazırda yerli bazarda üzümün bir kiloqramı 80 qəpik - 1 manata satılır.