Oktyabrın 9-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 66 min 837,09 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 7-8-də 7380,08 ton pambıq tədarük olunub.
Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 12281,60 ton məhsul təhvil veriblər. Biləsuvarda 7650,16 ton, Sabirabadda 7104,26 ton pambıq tədarük edilib.
AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 9-na olan operativ məlumatı təqdim edir.