Oktyabrın 19-20-də Bakıda Azərbaycan-Körfəz Dövlətlərinin Əməkdaşlıq Şurasının üzv ölkələrinin biznes-forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, foruma Körfəz ölkələrinin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərinin qatılacağı gözlənilir.
Azərbaycan şirkətləri ilə "B2B" görüşlər oktyabrın 20-də keçiriləcək.