Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” aviaşirkəti 2018-ci il martın 2-dən Abu-Dabi-Bakı istiqamətində müntəzəm uçuşlara başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə və şənbə günü olmaqla 136 yerlik “Airbus A320” layneri ilə həyata keçiriləcək.
“Etihad Airways” şirkətinin baş icraçı direktoru Peter Baumgartner deyib: “İki ölkənin paytaxt şəhərlərini birləşdirən ilk hava dəhlizinin yaradılması Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında biznes, turizm və mədəni əlaqələrin gücləndirilməsinin vacibliyini göstərir”.