01 oktyabr 2025 16:23
126

"Instagram" bir ayda Azərbaycandakı bazar payının yarıdan çoxunu itirib

Bu ilin sentyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Facebook"un payı 32,7 % (ötən ay 30,76 %, 1 il əvvəl 25,13 % olub) təşkil edib.

“İki sahil” "Statcounter" agentliyinin hesabatına istinadən məlumat verir ki, bu, avqust ayına nisbətən 1,94 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 7,53 faiz bəndi çoxdur.

İkinci pillədə qərarlaşan "X"in bazar payı ay ərzində 16,05 faiz bəndi, illik isə 16,65 faiz bəndi artaraq 23,25 % (7,2 % və 6,6 %) təşkil edib.

Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 22,39 faiz bəndi, il ərzində isə 8,91 faiz bəndi azalaraq 20,31 % (42,7 % və 29,22 %) olub. Beləliklə onun bazar payı ay ərzində 52,4 % azalıb.

Dördüncü pillədəki "YouTube"un bazar payı aylıq 3,06 faiz bəndi, illik müqayisədə isə 0,60 faiz bəndi artaraq 13,33 % (10,27 % və 12,73 %) təşkil edib.

İlk beşliyi 7,09 %-lik (6,15 % və 20,16 %) bazar payı ilə "Pinterest" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 0,94 faiz bəndi artıb, illik müqayisədə isə 13,07 faiz bəndi azalıb.