18 oktyabr 2017 19:28
492

“Chrome” brauzerində “Windows” üçün daxili antivirus istifadəyə verilib

“Google” şirkəti “Windows” üçün “Chrome” brauzerinin masaüstü versiyası ilə müasir antivirusların əsas funksiyalarının inteqrasiyasını elan edib. Bu yenilik istifadəçiləri hər hansı faylı, zərərverici proqramları yüklədikdən sonra standart axtarış sisteminin dəyişdirilməsindən qoruyacaq.

AZƏRTAC “4pda.ru” saytına istinadla xəbər verir ki, “Google” şirkəti bundan başqa “Chrome Cleanup” təminatını yeniləyib. Axtarış nəhəngi virusların silinməsini sadələşdirmək üçün antivirus proqram təminatının hazırlanması və kompüter təhlükəsizliyi sahəsində həllər üzrə ixtisaslaşmış “Eset” şirkəti ilə əməkdaşlığa başlayıb. “Chrome” brauzeri virus aşkarladıqda istifadəçi müvafiq xəbərdarlıq alacaq və təmizlik aparmaq üçün yalnız bir düyməni sıxmaq kifayət edəcək.

Məlumatda qeyd edilir ki, “Chrome Cleanup” universal antivirus həlli deyil, buna görə də şirkət əlavə proqram təminatından istifadə etməyi tövsiyə edir.