Oktyabrın 30-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 147 min 683,42 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən iki gündə 7769,68 ton pambıq tədarük olunub.
Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.
Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar oktyabrın 30-dək 21 min 160,30 ton məhsul təhvil veriblər.
Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq tədarük olunmuşdu.
"İki sahil" AZƏRTAC-a istinadən pambıq tədarükünə dair oktyabrın 30-na olan operativ məlumatı təqdim edir.