Bakı Şopinq Festivalına daxil olan mağazalarda qiymətlər çox münasib, çeşid isə rəngarəngdir. Türkiyədəki dostlarımı da Bakıya dəvət edirəm. Həm gəlib alış-veriş etsinlər, həm də Bakının gözəlliyini görsünlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri festivalın saytına Türkiyənin məşhur televiziya aparıcısı Özge Uzun deyib.
Festival çərçivəsində alış-veriş etdiyini söyləyən Özge Uzun böyük zövqlə bu həyəcanı yaşadığını dilə gətirib. O, İstanbul Şopinq Festivalı kimi Bakıdakı festivalın da uğurlu olduğuna inanır: “Bir qədər də güclü tanıtım kampaniyası keçirilsə, məncə Bakı Şopinq Festivalı daha uğurlu ola bilər”.