30 oktyabr 2017 21:08
474

Baş nazir: Özbəkistan “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yüklərin daşınmasında maraqlıdır

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi tarixi İpək yolunun bərpa olunmasına böyük töhfədir.

Trend-in məlumatına görə, bunu BTQ-nin açılışı mərasimində Özbəkistanın Baş naziri Abdulla Aripov deyib.

O vurğulayıb ki, BTQ “Şimal-Cənub” layihəsinin vacib tərkib hissəsidir.

Nazirin sözlərinə görə, Özbəkistan bu nəqliyyat dəhlizi ilə yüklərin daşınmasında maraqlıdır.