31 oktyabr 2017 22:02
712

Azərbaycan yeni “Doing Business” hesabatında 57-ci pilləyə yüksəlib

Dünya Bankı (DB) Qrupunun açıqladığı “Doing Business-2018” hesabatında Azərbaycan 190 ölkə arasında 57-ci yerdə qərarlaşıb.

“Report” xəbər verir ki, bununla da Azərbaycan ötən illə müqayisədə reytinqdə 8 pillə yüksəlib.

Qeyd edək ki, ötən il isə Azərbaycan əvvəlki ilə nisbətən 2 pillə geriləyərək 65-ci yerdə qərarlaşmışdır.