Bu il dekabrın 11-də “İmişli Sutikintinəqliyyat” ASC-nin növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq saat 15:00-da müəssisənin Bəhramtəpə qəsəbəsində yerləşən inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin illik hesabatının dinlənilməsi, müəssisənin ləğv edilməsi, onun İdarə Heyətinin vəzifəsindən azad edilməsi, ləğvetmə komissiyasının yaradılması, bununla bağlı qanunuyğun tədbirlərin həyata keçirilməsi daxildir.
Xatırladaq ki, “İmişli Sutikintinəqliyyat” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 197 142 manatdır.