Oktyabrın son günü qəbul məntəqələrinə 3365 ton pambıq təhvil verilib

01 noyabr 2017 17:56
580

Noyabrın 1-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 154 min 314

tondan çox məhsul təhvil verilib. Bu məhsulun 3365 tonu oktyabrın 31-də tədarük olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, indiyədək respublika üzrə tədarük olunan məhsulun həcmi ötən ilin ümumi göstəricisindən 65 min 718 ton çoxdur.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.

Bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib.

Pambıq tədarükündə Saatlı (21832,90 ton), Biləsuvar (19319,49 ton), Bərdə (15015,84 ton), Ağcabədi (14545,02 ton), Sabirabad (14087,66 ton), Beyləqan (11925,72 ton) və İmişli (10158,55 ton) rayonları öndə gedirlər.

AZƏRTAC respublikada pambıq tədarükünə dair noyabrın 1-nə olan operativ məlumatı təqdim edir.