14 noyabr 2017 18:48
472

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan-Rusiya İşgüzar Şurasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək.

İşgüzar görüşdə sənayenin müxtəlif sahələrini təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər.

Tədbir noyabrın 16-da Bakı Biznes Mərkəzində keçiriləcək.