17 noyabr 2017 22:30
1059

Misir hərbçiləri Sinay yarımadasında antiterror əməliyyatı keçiriblər

Sinay yarımadasında antiterror əməliyyatı keçirilib. Misir silahlı qüvvələrinin rəsmi nümayəndəsi Tamer əl-Rifai bildirib ki, Misir hərbçiləri tərəfindən Sinay yarımadasının mərkəzində üç terrorçu həbs olunub və terrorçuların doqquz sığınacağı aşkar edilib.

AZƏRTAC xəbər verir ki, Tamer əl-Rifainin sözlərinə görə, antiterror əməliyyatı zamanı orada terrorçuların istifadə etdikləri “basarkeçər” avtomobili və üç motosiklet məhv edilib. Həmçinin hərbçilər tərəfindən içərisində partladıcı maddələr olan iki anbar və narkotik maddələr becərilən sahələr aşkarlanıb.

Tamer əl-Rifai bildirib ki, terrorçuların axtarışı və zərərsizləşdirilməsi üzrə əməliyyat davam etdiriləcək.