22 yanvar 2018 14:28
901

Sergey Lavrov: ABŞ-ın fəaliyyəti Türkiyənin səbrini daşdırdı

“ABŞ-ın Suriyadakı birtərəfli fəaliyyəti Türkiyənin səbrini daşdırdı”.

“Report” “Komersant” qəzetinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ordusunun Suriyanın Afrin bölgəsndə keçirdiyi antiterror əməliyyatlarına münasibət bildirərkən deyib.

XİN başçısı bildirib ki, ABŞ hakimiyyətinin Suriyada “təhlükəsizlik dəstəsi” yaratmaq barədə qərarı Türkiyəni cavab tədbiri görməyə vadar etdi.