17 fevral 2018 22:28
1313

Lənkəranda 23 YAP üzvü imzatoplmaya cəlb olunub

Ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da 2018-ci il aprel ayının 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq yüksək səviyyədə aparılıb. “İki sahil” xəbər verir ki, müvafiq olaraq YAP Lənkəran rayon təşkilatında da Partiyanın Mərkəzi Seçki Qərargahının Lənkəran rayon şöbəsi yaradılmış, namizədliyi irəli sürülmüş İlham Heydər oğlu  Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına başlanılıb.

Bu gün səhər saatlarından etibarən Lənkəran rayonu üzrə 73 saylı Lənkəran şəhər,74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran Astara Seçki Dairələri üzrə 1150 imza toplamaq üçün 23 nəfər YAP üzvü imzatoplama kampaniyasına cəlb olunub. Hazırda imzatoplama kampaniyasının uğurla davam etdirildiyi bildirilir.

Taleh Bağırov,

“İki sahil”