15 fevral 2020 18:58
1655

ABŞ-a ehtiyacımız var

Almaniya Xarici İşlər naziri Hayko Maas və ABŞ Dövlət katibi Mayk Pompeo Münhen Təhlükəsizlik konfransında Liviya, İraq, Suriya münaqişələri və NATO-nun gələcək vəziyyətini müzakirə ediblər.

"İki sahil" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilib.

"Tərəflər Liviya, İraq, Suriya və NATO-nun gələcəyi ilə bağlı aktual çağırışları və konfliktləri Münhen konfransında müzakirə ediblər. Avropa üzərinə daha çox məsuliyyət götürsə belə, gələcəkdə amerikalı partnyorlarımızın iştirakına ehtiyacımız var", - deyə bildirilib.