07 iyul 2020 15:33
883

ABŞ-da bir gündə 45 minə yaxın insan koronavirusa yoluxub

ABŞ-da son sutka ərzində yeni növ koronavirus infeksiyasına 44 953 yoluxma qeydə alınıb, 325 nəfər vəfat edib.

Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

İndiyədək ölkədə 2 938 624 nəfər koronavirusa yoluxub, 130 mindən çox insan vəfat edib.

Xəstəlikdən sağalanların ümumi sayı 924 mindən çoxdur. //Azvision.az