11 avqust 2020 12:56
1377

"Abşeron" yatağı üzrə görülən işlər 2023-cü ildə başa çatacaq

"Abşeron" yatağı üzrə görülən işlərin 2023-cü ildə başa çatacağı nəzərdə tutulur.

“APA-Economics”in verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında"BOS Shelf" şirkətinin kommersiya meneceri Orxan Hüseynov deyib. Onun sözlərinə görə, bu layihə üzrə 4 dayaq blokunun artıq yüklənilməyə hazırlıq işləri aparılır.

"Önümüzdəki bir neçə ay ərzində onlar quraşdırılması üçün yola salınacaqlar",- deyə O. Hüseyn qeyd edib.

O həmçinin əlavə edib ki, ACE layihəsi çərçivəsində də dayaq blokun tikintisinə başlanılıb və onun üzərində işlər gələn ilin sonunadək tamamlanacaq.