07 avqust 2019 15:03
750

Açıq havada kitab sərgisi təşkil edilib

Avqustun 7-də Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları açıq havada sərgi təşkil ediblər.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan və dünya ədəbiyyatı nəşrləri nümayiş olunub. Müxtəlif yaş qrupundan olan oxucular sərgiyə baxış keçiriblər.

Kitabxananın böyük metodisti İradə Hüseynova uşaqlara sərgidəki kitablardan hekayələr oxuyub, sərginin mütaliənin təbliği məqsədilə təşkil edildiyini söyləyib.

Sonra ərazidə yaşayan sakinlərə kitablar hədiyyə olunub.