10 yanvar 2019 19:48
2937

Adriana ilə Metinin ayrıldığı təsdiqləndi

Dünyaca məşhur model Adriana Lima və türkiyəli yazar Metin Haranın ayrılmağı təsdiqlənib.

Bir müddət əvvəl cütlük arasında soyuqluğun yaranması barədə dedi-qodular yayılsa da, Adriananın sosial şəbəkədə atdığı addımlar məlumatın doğru olduğunu ortaya çıxarıb. 

Belə ki, Adriana  qısa müddətdə Metini instaqram-da izləmə siyahısında çıxarıb. Lima daha sonra Hara ilə birgə lentə alınan şəkilləri rəsmi səhifəsindən silib. Geriyə qalan son fotonu isə ötən gün ləğv edib. 

Qeyd edək ki, hər iki tanınmış sima 2017-ci ilin iyulundan etibarən sevgili olublar. /qafqazinfo.az