27 oktyabr 2020 15:55
717

AFFA  İntizam Komitəsinin qərarları açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“İki sahil” PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 7-ci turu ilə bağlı qərarlar verilib.

“Sabah” – “Sumqayıt” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. “Sabah” – “Sumqayıt” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Zirə” – “Qarabağ” oyununda qonaq komandanın futbolçusu Rahil Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.