14 iyul 2020 12:37
1718

AFFA Lipertlə müqavilə yeniləmədi

AFFA-nın Texniki direktoru Bernhard Lippertin müqaviləsi 2020-ci il iyunun 30-da başa çatıb.

“İki sahil”  qurumun  saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb. Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.

AFFA rəhbərliyi Bernhard Lippertə gələcək karyerasında uğurlar arzulayır