11 yanvar 2019 13:20
4755

Alimlərdən xəbərdarlıq - Günorta yatmaq ziyandır

Gündüz saatlarında yatmaq demensiya riskinin artımına səbəb olur.

“Ölkə.Az” xəbər verir ki, bu barədə amerikalı həkimlərin araşdırmasının nəticələri “Science Translational Medicine” jurnalında dərc edilib.

Mütəxəssislər yaşı 60-dan çox 119 insanın məlumatlarını analiz ediblər. Bu insanların beyin dalğalarını qeydə almaq üçün xüsusi elektro entsefaloqrafik monitorlar verilib.

Məlum olub ki, bu tip insanlarda tau-zülalın miqdarı yüksək olur. Bu zülal isə neyronları dağıdır və beyində neyrofibrillyar “yumaq” yaradır. Bu isə Alzheimer xəstəliyi zamanı yaranır.