19 oktyabr 2020 14:31
696

Almaniyadan Azərbaycana hərbi salam

Almaniyanın "Viktoriya Berlin" klubunda çıxış edən millimizin sabiq üzvü Pərdis Fərcad-Azad ötən gecə "Germania Halberşdat"la keçirilən oyunda komandasının ilk qolunu vurub.

Qoll.az xəbər verir ki, Pərdis Regional Liqa matçında vurduğu qol sevincini əsgər salamı ilə qeyd edib. O, bunu əks etdirən fotonu öz "İnstaqram" hesabında "Azərbaycan var olsun" sözləri ilə paylaşıb.

Qeyd edək ki, bu matçda "Viktoriya Berlin" 2:1 hesabı ilə qalib gəlib.