14 fevral 2020 12:21
1216

Antarktika ən isti dövrünü yaşayır - FOTO

Dünyanın cənub qütbü tarixdə ən isti yay mövsümünü yaşayır. Braziliyalı alimlərin Seymour adasında apardığı ölçmələrdə qorxunc bir rəqəm ortaya çıxıb. Hava istiliyinin 20 dərəcəyə yüksəlməsi Antarktidanın bu bölgəsi qlobal istiləşmədən  də xəbər verir.

“İki sahil” xəbər verir ki, Antarktika dünyada elmi araşdırmalardan uzaq yeganə qitədir. Dünyanın iqliminin tarazlaşdırıcı elementlərindən biri olan Antarktida qlobal istiləşmənin mənfi təsirindədir.

Esperanza bölgəsində fevral ayının əvvəlində havanın temperaturunun 18,3 dərəcəyə qədər yüksəlməsi alimləri dəhşətə gətirdi. Ancaq son ölçmələr bu temperaturun da aşdığını göstərir. 2010-cu ildən bəri gündən-günə artan hava istiliyi ilə üzləşən Antarktida Seymour adasında havanın istiliyi 20 dərəcə olaraq ölçülüb. 1982-ci ildə qeydə alınan 19,8 dərəcə istiliyi aşan və qlobal istiləşmənin olmasından xəbər verən rekord nəticədir.

Yaranan nəticəni anormal və dəhşətli kimi xarakterizə edən elm adamları bölgədə havanın orta temperaturunun üç dərəcə artdığını bildiriblər.

Dünyanın şirin su ehtiyatlarının 70%-ni buz şəklində özündə ehtiva edən Antarktidada buzlaqlarda ərimə sürətlə artır.

Bu nisbətdə ərimənin davam etməsinin yaxın gələcəkdə dəniz səviyyəsinin artmasına səbəb olacağını xatırladan elm adamları 21-ci əsrdə suyun səviyyəsinin 30-100 santimetr artacağını bildiriblər.