03 avqust 2020 23:29
1169

Arda Turan “Qalatasaray”a qayıdır

Türkiyənin “Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanı geri qaytarır.

Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul klubu sabiq kapitanı ilə razılıq əldə edib.

Ötən mövsümün qış fasiləsində “Qalatasaray”a keçmək üçün “Başakşəhər”dən ayrılan Arda yarım illik gecikmə ilə “sarı-qırmızılar”a qoşulacaq. O, “Qalatasaray”la 2+1 illik müqavilə imzalayacaq.

Anlaşmada dəqiq maaşla bağlı bənd olmayacaq. 33 yaşlı yarımmüdafiəçi iştirak etdiyi hər qarşılaşma üçün 15 min avro alacaq.

Qeyd edək ki, Arda 2004-11-ci illərdə də “Qaıatasaray”ın formasını geyinib.