22 fevral 2020 10:23
1257

Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

Ötən ay Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın yanvarda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Çexiya və Portuqaliya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 1 milyard 142,7 milyon ABŞ dolları, Çexiyaya 66,2 milyon dollar, Portuqaliyaya isə 59,5 milyon dollar olub.