10 oktyabr 2019 15:25
90

Azərbaycan biznesmenləri Bryanska səfər edəcəklər

Azərbaycan biznesmenləri biznes missiya ilə Rusiyanın Bryansk vilayətində olacaqlar.

Bryansk vilayətinin İdxalın Dəstəklənməsi Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, səfərdən məqsəd azərbaycanlı biznesmenlərin işgüzar tərəfdaşlar tapmasıdır. Burada keçiriləcək görüşlərdə əməkdaşlığın müxtəlif variantları ətrafında fikir mübadiləsi aparılacaq. Oktyabrın 21-də Bryanskda keçiriləcək görüşdə iqtisadi inkişaf üzrə regional departamentin əməkdaşları da iştirak edəcəklər. Həmin gün işgüzar danışıqların aparılacağı Rusiya-Azərbaycan əlaqələri birjasının da açılışı olacaq. Artıq Azərbaycanın iki böyük ticarət şəbəkəsi – “Spar” və “Araz” həmin görüşlərdə iştiraklarını təsdiq ediblər.

Xatırladaq ki, avqustda Bryansk şirkətləri Azərbaycanda keçirilən analoji işgüzar missiyada iştirak ediblər.