20 may 2020 13:08
1197

Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçiriləcək

İyunun 3-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) ümumi yığıncağı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, komitənin ofisində təşkil olunacaq yığıncaqda AMPK-nın Milli Abilimpiya Federasiyası və “Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında təsisçi kimi iştirak olunması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, ölkəmizdə xüsusi karantin rejiminin müddətinin uzadılacağı təqdirdə ümumi yığıncağın videokonfrans formatında keçirilməsi nəzərdə tutulub.