22 yanvar 2019 17:20
509

Azərbaycan siqaret idxalını 3%-ə yaxın artırıb

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana ümumi dəyəri 127 818,4 min ABŞ dolları olan 9 563,3 mln. ədəd siqaret idxal edilib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Məlumata görə, 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə idxal məbləğ baxımından 6,1% azalıb, miqdar baxımından isə 2,6% artıb.