04 dekabr 2020 13:34
430

Azərbaycan UEFA reytinqində xalımız 16,875-ə çatıb

Avropa Liqasının qrup mərhələsinin V tur oyunlarından sonra UEFA ölkələrin yeni reytinq siyahısını açıqlayıb.

“İki sahil” xəbər verir ki, Tel-Əviv "Makkabi"si ilə heç-heçə edərək qrupda ilk xalını qazanan "Qarabağ" ölkəmizin hesabını 0,250 xal artırıb.

Beləliklə, UEFA reytinqindəki xalımız 16,875-ə çatıb.

Bu, 26-cı pillədə qərarlaşan Azərbaycanın mövqeyinin dəyişməsi üçün yetərli olmayıb.