20 oktyabr 2020 23:49
731

Azərbaycana bu mübarizədə hər zaman dəstək verəcəyik - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Azərbaycana dəstəyini ifadə edib. 

"İki sahil" xəbər verir ki, nazirlərlə keçirilən iclasdan sonra açıqlama verən Ərdoğan hər zaman Azərbaycanın apardığı mübarizəyə dəstək olacaqlarını bildirib: "Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə bütün gücümüzlə və qəlbimizlə dəstək verdik, verəcəyik".