22 fevral 2019 13:48
1435

Azərbaycandan 12 ölkəyə axtarış itləri göndərilib - Birinin qiyməti 15 min avrodur

"Hazırda Kinoloji Xidmət Mərkəzində 60 baş xidməti axtarış iti mövcuddur. Biz 12 ölkəyə xidməti axtarış itləri göndərmişik. Onların təlimçiləri mərkəzimizin bazasında təlim keçiblər"

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov deyib. Onun sözlərinə görə, bir xidməti itin Avropada satış qiyməti 10-15 min avro arasındadır. 

İ.Osmanov, həmçinin qeyd edib ki, itin saxlanma xərci onun cinsindən, çəkisindən və qida rasionundan asılıdır. Belə ki, alman ofçarkasının bir illik saxlanma xərci 1000-2000 manat arasında dəyişir.