10 avqust 2020 15:07
1528

Azərbaycanlı modelyerin kolleksiyası Antalyada təqdim olunub

Türkiyənin Antalya şəhərində baş tutan moda nümayişi çərçivəsində Norveçdə doğulan və yaşayan azərbaycanlı modelyer Şervin Nəcəfpurun “Milli mirasımızın mənşəyi” (Land of our origin) adlı kolleksiyası moda həvəskarlarına bir daha təqdim olunub.

“İki sahil” xəbər verir ki, kolleksiya Antalyanın “Fosforlu Beach Clubun”da keçirilən moda nümayişi çərçivəsində üç digər dizaynerin yay libasları ilə yanaşı təqdim edilib.

Məşhur türk dizayner Haktan Bucke “La Boheme” el örgülü yeni yay kolleksiyası, Türkiyənin dünyaca məşhur çimərlik libasları istehsalı şirkəti “Argento” və Antalyada Şervin Nəcəfpur kolleksiyalarının satışını həyata keçirən “Your Bohemian” öz eksklüziv kolleksiyasını EMY şirkətinin dəstəyi ilə Azərbaycan əsilli norveçli modelyerin yaratdığı geyimlər tədbir iştirakçılarının marağına səbəb olub.

Ümumilikdə 15 geyimdən ibarət Şervin Nəcəfpurun kolleksiyası Azərbaycan bayrağının rəngləri və milli motivlər ilə yanaşı, üzərində Qobustan və Türk dünyasının qayaüstü rəsmlərinin də yer aldığı libaslardan ibarət olub.

Fosforlu çimərliyinin sehrli atmosferində təşkil olunan moda nümayiş, bogem üslubunu vurğulayan parçalar moda həvəskarlarına təqdim edildi.

Qeyd edək ki, tədbir COVID-19-a qarşı qadağalarına ehtiyat edərək Türkiyədə keçirilən ilk moda nümayişlərindəndir.