29 yanvar 2020 09:44
874

"Azeri Light" nefti və qaz bahalaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

"İki sahil" xəbər verir ki, Azərbaycan neftinin 1 barrelə olan qiyməti 1,09 ABŞ dolları artaraq 63,95 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,16% artaraq 1,913 ABŞ dolları təşkil edib.