22 fevral 2020 11:17
1375

AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti arasında anlaşma memorandumu imzalanıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Romada keçirilən Azərbaycan-İtaliya biznes forumu çərçivəsində imzalanan sənədə əsasən, tərəflər ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, iki ölkə şirkətlərinin birgə iştirakı ilə investisiya təşəbbüslərinin dəstəklənməsi, habelə qarşılıqlı təlim proqramları və təcrübə mübadiləsinin təşkili üzrə əməkdaşlıq edəcəklər.