15 yanvar 2019 19:51
1033

“Barselona” futbol klubu tarixə düşüb

İspaniyanın “Barselona” futbol klubu tarixə düşüb.

AZƏRTAC “AS” nəşrinə istinadla xəbər verir ki, komanda rəhbərliyi ötən il futbolçulara 562 milyon avro pul xərcləyib. Bu 2017-ci il ilə müqayisədə 42 faiz çoxdur.

“Barselona” dünyada ilk klubdur ki, məvaciblərə görə 500 milyon avrodan artıq vəsait ödəyir.