23 may 2019 16:49
791

Belarus-Azərbaycan oyununun hakimləri müəyyənləşib

Mayın 26-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu keçirəcək.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Minskdə Belarus yığması ilə qarşılaşacaq millimizin oyununu idarə edəcək hakimlər müəyyənləşib. Matçın baş hakimi rusiyalı Olqa Zaxarova olacaq. Ona belaruslu Aleksandr Sudzev kömək edəcək.

“C” qrupunda yer alan millimiz Belarus yığması ilə yanaşı, Finlandiya və İspaniya seçmələri ilə də qarşılaşacaq.