15 noyabr 2019 13:04
671

Bəzi yerlərdə yağış yağacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 16-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz  11-14, Bakıda gecə 8-10, gündüz  12-14 dərəcə  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65  faiz olacaq.  

Rayonlarda noyabrın 16-da qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi  şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı  ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz  11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  4-9 dərəcə isti təşkil edəcək.