23 sentyabr 2020 22:10
717

Biznes-ledi yüzlərlə insanı qorxuya saldı

Londondan Hanoy şəhərinə gedən Nga Nguyen adlı iş qadını Vyetnam Hava Yollarına məxsus bir reysdə sərnişinlərə koronavirus yoluxdurub.

“İki sahil” Oxu.az-a istinadən xəbər verir ki, bu, Böyük Britaniyada aparılan araşdırmalar zamanı üzə çıxıb.

Gənc qadının səyahət yolunu izlədikdə, onun “super yoluxduran” olduğu müəyyən edilib. Belə ki, tədqiqatlar zamanı qadının təyyarədə ümumilikdə 14 sərnişin və iki heyət üzvünə koronavirus yoluxdurduğu ortaya çıxıb.

Bundan başqa, 27 yaşlı biznes-ledinin koronavirus testinin cavabı müsbət çıxmazdan əvvəl “Gucci” və “Saint Laurent” podiumlarına qatıldığı bildirilir.

Hesabat dərc olunandan sonra moda həftələrinə qatılan yüzlərlə insan Milan və Parisdən qayıtdıqdan sonra karantinə alınıb.