23 sentyabr 2020 17:17
873

Bolqarıstanda “5G” texnologiyası işə salınıb

AZƏRTAC ölkənin Rabitə Nazirliyinə istinadla xəbər verir ki, artıq Bolqarıstanın 27 bölgəsində “5G” sistemi işə salınıb. “Vivakom” şirkəti tərəfindən istifadəçilərə təqdim olunan xidmətdən yeni “5G” şəbəkəsinə bu xidməti dəstəkləyən cihazlarla qoşulmaq olar.