10 iyul 2020 17:07
1305

Bu gün 526 yeni yoluxma faktı qeydə alınıb, 502 nəfər sağalıb

Azərbaycanda bu gün 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 8 nəfər ölüb

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, bu gün 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər isə vəfat edib.