20 may 2019 15:25
611

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün gecə saat 00:00-dan və mayın 21-i səhər saat 06:00-dək Bakı-Sumqayıt şosesinin Xırdalan dairəsindən Beynəlxalq Avtovağzal Kompleksi qarşısınadək olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq. Sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur.