21 may 2019 13:51
920

Canlanan inkişaf: insanlar, şəhərlər, iqtisadiyyat

Qazaxıstan Respublikasının paytaxtı Nursultan şəhərində “Canlanan inkişaf: insanlar, şəhərlər, iqtisadiyyat” mövzusunda “Astana İqtisadi Forumu” keçirilib. 74 ölkənin nümayəndələri - ekspertlər, elm xadimləri, siyasətçilər və Nobel mükafatı laureatlarının yer aldığı forumda Dövlət İmtahan Mərkəzinin Strateji İnkişaf Şöbəsinin müdiri Vəli Hüseyn də iştirak edib. DİM-in əməkdaşı Astana şəhərində yerləşən Dövlət Qulluğu üzrə Regional Xabın* (Astana Civil Service Hub) dəvəti ilə “Mükafatlandırma və tanınma: 21-ci əsrdə dövlət qulluqçularını necə motivasiya etməli” panel sessiyasının iştirakçısı olub.

Artıq 12 ildir təşkil olunan Forum ölkə liderlərinin qlobal miqyasda iqtisadi inkişaf perspektivlərini müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrilməkdədir. Forum çərçivəsində keçirilən görüşlərdə ikitərəfli əlaqələrin qurulması, mütəmadi səfərlər və konfransların təşkil olunması nəzərdə tutulub.

Qeyd edək ki, “To begin tomorrow” devizi altında 2008-ci ildən etibarən təşkil olunan forum qlobal xarakter daşıyır. 150 ölkədən 50 mindən çox nümayəndə heyəti, 20-dən çox Nobel mükafatı laureatı bu ilə kimi Foruma qatılıb.