24 yanvar 2020 14:13
1349

Çay idxalı artıb

2019-cu ildə ölkəyə 14,1 min ton çay idxal edilib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, idxal edilən çayın dəyəri 55 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2018-ci ildə dəyəri 49,8 milyon dollar olmaqla 12,9 min ton çay idxal edilib.