12 avqust 2020 11:45
1385

Çempionlar Liqasında 1/4 final mərhələsi oyunları başlayır

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinə start veriləcək.

“İki sahil” xəbər verir ki, bugün bir oyun keçiriləcək. Lissabonun "Estadio da Luş" stadionunda "Atalanta" və PSJ üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, bu mərhələnin görüşləri bir oyundan ibarət olacaq.

12 avqust

23:00 “Atalanta” - PSJ

13 avqust

23:00. "Leyptsiq" - "Atletiko" (Madrid)

14 avqust

23:00. "Barselona" - "Bavariya"

15 avqust

23:00. "Mançester Siti" - "Lion"