11 avqust 2020 11:22
754

Çinli həkimlər Respublika Klinik Xəstəxanasında olublar 

Avqustun 10-da ölkəmizə Çindən gələn tibb ekspertləri Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, ekspertlər qeyri-COVID xəstəxanasında stasionar və poliklinik şöbələrdə yaradılmış şəraitlə, pasiyentlərin qəbulu prosesi, xəstələrin çeşidlənməsi və payız-qış mövsümünə hazırlıqla tanış olublar. Eyni zamanda, TƏBİB-in mütəxəssisləri ilə praktiki və nəzəri fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparılması məqsədilə Çin hökuməti bir qrup tibbi eksperti ölkəmizə göndərib.