10 dekabr 2019 20:13
1515

Coca-cola - Ağızda xoşbəxtlik?

Qlobal dünyada sürətlə inkişaf edən bu brend illərdir ki, öz şöhrətini itirmir. İsti yay günlərində, ən çox üstünlük verilən sərinləşdirici Coca-Colanı sevənləri daha da sevdirəcək faktlarla tanış olaq:

Coca-colanın orijinal reseptində kokain demək olarki, olmayıb...

Bəzi insanlar bunu mif və ya həqiqət olduğuna inana bilmirlər, amma ikisindən biri olduğunu da söyləyirlər.

Coca-Colanın hazırlanmasında ilk vaxtlar kokaindən deyil , koka ( istifadəsi qadağan olunan ağac) ağacının yarpağından istifadə ediblər. Reseptə görə, hər qallon şərbətə 5 koka yarpağı əlavə edilir. Daha sonralar hər stəkan Coca-Colaya 9 qram kokain əlavə olunur. Lakin 1905-ci ildə şirkətə kokaindən istifadə qadağan olundu. Şirkət bu gün də vaxtilə kokaindən istifadə etdiyini qəbul etmək istəmir.

Coca-Cola dünyanın istənilən ölkəsində satışdadır

Şimali Koreya və Kuba istisna olmaqla, Coca-Colanı dünyanın istənilən ölkəsində asanlıqla tapa bilərsiniz. Hər iki ölkədə məhsul “boz idxal” olaraq adlanır.

70 ildən çoxdur ki, 1 stəkan Colanın dəyəri 5 sent olaraq qalır

1886-1959-cu illərdə isə 1 butulka Coca- Colanın qiyməti 5 sent olub.

Şirkət məhsulların qiymətini qablaşdırma müqavilələri , reklam və inflyasiyanın aşağı olması səbəbindən aşağı qiymətdə saxlaya biliblər.

İnflyasiya artmağa başladıqdan sonra, 50-ci illərdə Coca-Cola reklamlarını dayandırdı və sonuncu dəfə 1959-cu ildə Coca-Cola şüşəsi 5 sentə satıldı.

Coca-Cola Çin dilinə tərcümə olunur

Çin iqtisadiyyatına və ticarətinə uyğunlaşmaq olduqca çətindir. Coca-Cola Çinə idxal olunmağa başlamazdan əvvəl ölkədəki xalqların dialekt və dillərinə uyğun bir adla çıxmağa çalışdı. Şirkət uzun müddət Çində öz adını tətbiq edə bilmədi. İlk öncə onlar fonetik cəhətdən oxşar “Kekoukela” sözündən istifadə etdilər. Bu isə tərcümədə “Mumbaşlı çömçəquyruğunu dişlə” deməkdir. Şirkət adının yazılışı üçün 40 min variantdan istifadə edir və nəticədə “KokuoKole”ni seçir bu isə tərcümədə “Ağızda xoşbəxtlik” deməkdir.

Polis əslində Coca-Coladan cinayət yerlərindəki qanı təmizləmək üçün istifadə etmir

Bəziləri polisin 1- 2 litr cola ilə əməliyyat başında olmasını bundan cinayət zamanı təmizləyici vasitə kimi istifadə olunması ilə əlaqələndirsə də, bu, belə deyil . Onlar Coladan iş başında susuz olarkən sərinləşdirici içki kimi istifadə edirlər.

Coca-Colanın qan ləkələrini aradan qaldırmaqda təsirli olduğu ABŞ-ın Discovery kanalında yayımlanan “Sirr açanlar” tele verlişində sübut edilmişdir.

Coca-Colanın 16 müxtəlif dadı var

Coca-Colanın dünyada ən çox tanınan növü Cola Zerodur . Ən çox pəhrizdə olanlar bu növü seçirlər. Amma Colanın hər növü dünyada məşhurlaşmayıb. Bir çox ölkələrdə təkcə hamının tanıdığı Colalar satışdadır. Ən çox tanınanlar isə portağal dadlı Coca- Cola, kofe ətirli Coca-Cola Blak növüdür.

Coca-Cola BlaK 2006-2008-ci illərdə qısa bir müddətdə 7 ölkədə satışa çıxarılmışdı.

Colanı əzzaçı Con Pemberton kəşf edib

Coca-Cola reseptinin prototipi “Qartal” dərman və kimyəvi məhsullar şirkətində, Kolumbus dərman bazasında Con Pemberton tərəfindən hazırlanmışdır. Əslində kokain şərabı olan bu içki “Pembertonun fransız kokain şərabı” adlandırılmışdır. Vətəndaş müharibəsində aldığı xəsarətə görə morfin alışqanlığı onun səhhətində ciddi problemlərin meydana gəlməsinə səbəb oldu. Bu isə vəziyyəti daha da qəlizləşdirdi və o, həyatını itirdi.

Factsite.com saytının məlumatları əsasında hazırladı:

Leyla Şıxəli Bayramlı, “İki sahil”