07 avqust 2020 19:18
845

COVID–19 Estoniyada işsizlərin sayını artırıb

Koronavirus pandemiyası Estoniya iqtisadiyyatına və əmək bazarına mənfi təsir göstərib.

Bu ilin ikinci rübündə ölkədə qeydiyyatda olan işsizlərin sayı ötən illə müqayisədə 43 faiz artaraq 66 minə çatıb. Böhran daha çox Haryumaa qəzasının və paytaxt Tallinnin əmək bazarına təsir edib. Cari ilin ikinci rübündə Haryumaada işsizlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə (43 faiz) 62 faiz, Tallində isə 63,4 faiz artıb.

Tallinndə carı ilin ikinci rübündə keçən ilə nisbətən 8500-dən çox insan işsiz qalıb və hazırda onların sayının 22 min nəfər təşkil edir.